XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 14:06

Şadlıq sarayı satan məcburi köçkünü aldadıb 400 min manatını aldılar

Azerbaydzhan-privyazhet-manat-k-evro

Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq edilib.

Strateq.az report.az-a istinadən xəbər verir ki, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Hümbət Səfərova şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb.Qeyd edək ki, S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.