XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2020 - 22:23

Bakıda avtomobil maneəyə çırpıldı, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 1984-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyar oğlu və 1997-ci il təvəllüdlü Osmanova Elyanura Fəxri qızı xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara bədənin küt travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.