XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 21:36

İcra başçısının bacısı və ailəsi qəzaya düşdü, 3 nəfər ağır yaralandı –Lütvəli Babayevdən açıqlama

lutveli-icra

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib. 

Strateq.az AzNews.az-a istinadən xəbər verir ki, icra başçısının bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib. "Toyota" markalı avtomobillə qəzaya düşən maşında K.Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. 

Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər. Gömrük Hospitalına yerləşdirilən yaralılardan başçının bacısının vəziyyəti çox kritik qiymətləndirilir. 

Hazırda icra başçısı və ailə üzvləri xəstəxanadadırlar. 

****

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ailəsində baş verən bədbəxt hadisədən danışıb.

O, hazırda xəstəxanada olduğunu təsdiq edib: “Qəza zamanl nəvələrim də maşında olub. Lakin onların vəziyyəti yaxşıdır. Hazırda evdədirlər. Yeznəm də müayinə olunub, hazırda palatadadır, vəziyyəti normaldır. Bacımın vəziyyəti də düzəlmək üzrədir, qolundan əməliyyat olunub”.