XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2020 - 13:33

Bakıda qadın dərmandan zəhərlənərək ölüb- Araşdırma aparılır

Bakıda qadın dərmandan zəhərlənib.

APA-nın məlumatına görə, Novxanı qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Firuzə Vəliyeva mayın 25-də yaşadığı evdə “Dumble” adlı bitki dərmanı qəbul edib. Dərmandan zəhərlənən qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Ağ ciyər xəstəliyi və şəkərli diabetdən əziyyət çəkən qadın iyunun 3-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.