XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

04 İyun 2020 - 17:56

Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qərarı verildi –FOTO

Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN-in Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.