XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

06 İyun 2020 - 22:56

Sumqayıtda kütləvi davada üç nəfər bıçaqlanıb- Onlardan ikisi ölüb

Sumqayıtda kütləvi dava zamanı bıçaqlanan qardaşların kimliyi məlum olub.

APA-nın yerli müxbirinin verdiyi məlumata görə, 1988-ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.

Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

***

Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub.

Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan biri hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlə bıçaqlananlardan biri qardaşdır.