XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

12 Mart 2016 - 20:26

Sumqayıtda polis əməliyyatı:iki nəfər saxlanıldı, xeyli narkotik ələ keçirildi

polis-idare-loqo

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin satışını həyata keçirən şəxslər tutulub.

Strateq.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xandadaş Mirzəyevdən 10,21 qram heroin götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq satmaq niyyəti ilə gizlətdiyi 652 qram heroin aşkar edilib.

Növbəti əməliyyat tədbiri də uğurla nəticələnib. Belə ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əhmədovdan 507,12 qram heroin və 3 kiloqram 105 qram marixuana götürülüb.

Saxlanılan şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı isə əlavə olaraq soyuq silah hesab olunan bıçaq və beşbarmaqlar, narkotik vasitələrin satışını həyata keçirmək üçün istifadə etdikləri elektron tərəzilər və inyeksiyalar da aşkar edilərək götürülüb. 

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.