XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 12:33

Almaniya məhkəməsi azərbaycanlıya bəraət verib –Təfərrüat

Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhər Appleyasiya Məhkəməsi Azərbaycan vətəndaşı Ravil Həsənova bəraət verib.

Məlumata görə, R.Həsənov 2019-cu ildə Deggendorf şəhərində azərbaycanlılarla nigeriyalılar arsında baş verən kütləvi davaya görə saxlanılıb.

Deggendorf şəhər İdarə Məhkəməsinə çıxarılan R.Həsənov barəsində mühafizəçinin ifadəsi əsasında həbs qətimkan tədbiri seçilib. Lakin Deggendorf Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edərək R.Həsənov barəsində bəraət qərarı çıxarıb.

Xatırladaq ki, keçən il Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava olub. Əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Kamp binasına ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla 10 nəfər yaralanıb. Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sonradan sərbəst buraxılıb.

Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlamaqla araşdırma aparıb. Bundan əvvəl də saxlanılan digər mühacir azərbaycanlı Azər Kazımzadə məhkəmənin qərarı ilə sərbəst buraxılıb/Report.