XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 15:05

Astarada silahlı insident:qardaş qardaşı güllələyib

Astara rayonunun Ərçivan qəsəbəsində qardaş qardaşı güllələyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb və ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.