XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2020 - 18:11

Şəkidə polis əməliyyatı:narkotacir tutuldu + FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə,  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonunun Baş Göynük kənd sakini Nazim Abdullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, yaş halda ümumi çəkisi 25 kiloqram olan 301 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də 23 ədəd sellofan torbada satış məqsədilə saxladığı 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs N.Abdullayev ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini, xüsusi qulluq göstərdiyini və qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.