XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2016 - 13:40

Ağstafada ödəmə terminalı oğurlanıb

“E-Manat” ödəmə terminalı

Ağstafa rayonunda oğurluqla məşğul olan şəxslər tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayon sakinləri Şəhla Abbasovaya və Saleh Məmmədova məxsus mağazalardan pul, tütün məmulatı, spirtli içki və “E-Manat” ödəmə terminalı oğurlamış həmyerliləri Elnur Xəlilov və Məhərrəm Seyidov tutulublar.Faktla bağlı araşdırmalar davam etdirilir.