“Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik”.
Bu barədə Xalq Bank-dan APA-ya məlumat daxil olub.
Məlumatda bildirilir ki, ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub:
“Valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif Məmmədov köməyə atılıb. Şahidlərin sözlərinə görə, Yusif uşaqlara üzüb-çataraq onları xilas edib, amma özü həlak olub”.
Yusif Məmmədov bu gün doğulduğu İmişli rayonunda dəfn edilib.
Qeyd edək ki, “Mərkəz” filialının direktoru ailəli idi, iki azyaşlı övladı var.