XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 14:22

İcra başçısının bacısı oğlunun öldüyü qəzayla bağlıcinayət işi açıldı

musteqom-terter-icra

Martın 12-nə keçən gecə saat 23 radələrində Yevlax rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. 

Yevlax rayon Polis Şöbəsindən verilən məlumata görə, Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəzağa oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobilin qəzaya uğraması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Faktla bağlı ekspertizalar təyin edilib, araşdırmalar aparılır(Lent.az).

Qeyd edək ki, qəzada vəfat edən 27 yaşlı Orxan Mirzəyev Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bacısı oğlu olub. Onun atası Əvəzağa Mirzəyev isə Baş Dövlət Yol Polisi İdarəsinin zabitidir.

Mirzəyev Orxan Əvəzağa oğlunun idarə etdiyi avtomobil qəfil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində vəfat edib, onun yaxın qohumu olan 4 nəfərə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.