XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2016 - 15:03

“Qardaşımla küslüyük” –Dələduzluqda ittiham olunan sabiq icra başçısının qardaşı danışdı

mahmud-icra

Bakı şəhərində Saleh Əliyev adlı məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan Cəbrayılın bu günlərdə vəzifəsindən azad edilən icra başçısı Mahmud Quliyevin doğma qardaşı Hümbət Səfərov barəsində yayılan xəbər haqda danışıb.

Strateq.az Modern.az-a istinadən xəbər verir ki, o, deyilənlərin böhtan olduğunu iddia edib:

“Bunların hamısı şərdir, böhtandır. Heç bir sənəddə Saleh Əliyevin adı, soyadı, heç izi də yoxdur. O adam yalnız onun-bunun üzünə durmaqla iş aparır”.

H.Səfərov şadlıq evinin alqı-satqısı məsələsinin həqiqətən baş verdiyini bildirib:

“Bəli, şadlıq evi alqı-satqısı olub, amma başqa bir adamla, Famil adlı şəxslə. Şadlıq evi Familin adına keçirilib. Saleh orada sadəcə işçi olub, onun heç bir səlahiyyəti yoxdur. İndi durub nələrəsə iddia irəli sürür.

Hazırda tərəfimizdən sənədlər hazırlanır. Onu məhkəməyə verəcəyəm. Etdiyi əməllərə görə məhkəmədə cavab verəcək”.

H.Səfərov “bəs həmin şəxs də sizi məhkəməyə verib və sizə qarşı dələduzluq maddəsilə cinayət işi açılıb” sözlərinə “kim nə eşidir yazır. Bu o demək deyil ki, hamısı həqiqətdir. Çox şey deyilir. Ölkəmizdə saytlar da çoxdur, kiminsə ağzını yummaq olmur. Hər halda həqiqət öz yerini tutacaq. Mənə qarşı heç bir cinayət işi açılmayıb”,-deyə bildirib.

O, həmçinin Cəbrayılın sabiq başçısı Mahmud Quliyevlə doğma qardaş olduqlarını təsdiq edib:

“Qardaşımı danmaq fikrim yoxdur. O vaxtı soyad itməsin deyə, mənim soyadım Səfərov olub. Qeyd edim ki, bu məsələlərdə qardaşımın heç bir aidiyyatı yoxdur. Biz heç danışmırıq”.