XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 09:54

Prokurorluq daha bir qətllə bağlı məlumat yaydı –Təfərrüat

İyunun 22-də saat 07 radələrində Qobustan rayonu, Heydər Əliyev prospektində 1974-cü il təvəllüdlü Elman Cabarovun üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Qobustan rayon Prokurorluğundan Strateq.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin Qobustan rayon sakini, 1974-cü il təvəllüdlü Rövşən Məhərrəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.