XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2020 - 13:49

Bakıda üzərində tapança gəzdirən şəxs saxlanıldı- FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs, paytaxt sakini Şamil Həsənov tutulub.

Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar olunaraq götürülüb. Şamil Həsənov ifadəsində bildirib ki, silah-sursatı bir müddət əvvəl yaşadığı evin yaxınlığında tapıb və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.