XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 09:26

“DYP əməkdaşlarının döyülməsi yalandır…” – Daxili İşlər Nazirliyi

“Bakıda avtoxuliqanlıq edərkən Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılan “Porsche Panamera” markalı avtomobilin sürücüsünün DYP əməkdaşlarını döyməsi barədə mətbuatda yer alan məlumatlar həqiqəti əks etdirmir”.

Strateq.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

O.Mansurzadənin sözlərinə görə, fakt ictimaiyyətə bir qədər təhrif olunmuş formada çatdırılıb:
Bakıda 10 YP 457 nömrəli avtomobillə xidmət aparan yol polisləri 90 XU 555 dövlət nömrə nişanlı “Porsche Panamera”ya “Saxla!” əmri veriblər. Lakin bu hadisə elə təqdim olunur ki, yol polisi əməkdaşları avtoxuliqanın əlində guya aciz qalıblar. Əslində belə olmayıb. Polis əməkdaşları həmin avtoxuliqanı qanunun tələblərinə uyğun şəkildə saxlayıblar.
Bu zaman o, polislərə müqavimət göstərib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsi tərəfindən təhqiqat aparılıb. Toplanmış materiallar Binəqədi Rayon Prokurorluğuna göndərilib və yol hərəkəti qaydalarını açıq-aşkar və kobud şəkildə pozan, digər hərəkət iştirakçılarına təhlükə yaradan və öz əməlləri ilə cəmiyyətə açıq hörmətsizlik ifadə edən həmin şəxsin əməlində cinayət tərkibi olduğundan barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb”.
Qeyd edək ki, mətbuatın araşdırmasına görə, “Porsche Panamera” avtomobili Məmmədov Saqif Kamil oğlunun adınadır. O, avtomobili etibarnamə ilə Həsənov Vüsal Nizami oğluna verib. Saxlanılan şəxs də elə Vüsal Həsənov olub.
Strateq.az