XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2020 - 14:05

Abşeronda karantin qaydalarını pozan dönərxana və kafe aşkarlanıb –FOTO

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən dönərxana aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Qurtuluş” qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Anar Məmmədovun işlətdiyi obyektdə müştərilərəyerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 5 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 200 manat məbləğində cərimə olunublar.