XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2020 - 20:08

Bakıda hərbçiyə qarşı hörmətsizlik edən şəxs həbs edildi –Məhkəmə qərarı

Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyevlə bağlı qərar verilib.

Məlumata görə, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan Orucəli Zərbəliyev ötən gün polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.