XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2020 - 09:41

Cəlilabadda karantin qaydalarını pozan kafe sahibi və daha 11 nəfər cərimələnib –Açıqlama

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Strateq.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhəri ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən “Cənnət bağı” adlı kafe aşkarlanıb. Obyektə baxış zamanı orada olan kafenin icarədarı A.Əliyev və 11 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslərə sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.