XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2020 - 11:22

İki gün əvvəl Kürdə batan şəxslərdən birinin meyiti tapılıb

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.