XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2020 - 19:52

Sabirabadda qonşusunu güllələyən şəxs saxlanıldı –DİN-dən açıqlama

Sabirabadda xuliqanlıq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, iyulun 13-ü Sabirabad rayonunun Əhmədabad kəndi ərazisində kənd sakini Q.İsgəndərov xuliqanlıq zəminində qonşusu N.Səftərovun baş nahiyəsinə daşla xəsarət yetirib və ov tüfəngindən açdığı atəşlə ayaq nahiyəsindən xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən N.Səftərovun vəziyyəti qənaətbəxşdir.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.İsgəndərov saxlanılıb və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.