XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 16:09

Qusarda toy mərasimi dayandırıldı – Qonaqlar 200 manat cərimələndi 

Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köhnə Xudat kəndi ərazisində yerləşən Aslan Hacıağayeva məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toy mərasiminin keçirliməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub və saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.