XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 10:35

Bakıya sərnişin daşıyan sürücü 3 min manat cərimələnib –FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi “Mercedes” markalı mikroavtobusla onları Bakı şəhərinə gətirəcəyinə söz verib.

Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib. Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.