Daxili İşlər Nazirliyi (DİN) Abşeronda “Azenko” MMC-nin direktorunun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, iyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.