XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 16:01

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat:9 nəfər saxlanılıb

Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala qəsəbəsində (Soğanlıq) xüsusi əməliyyat keçirilib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan 9 nəfər saxlanılıb.

Saxlanılanların evlərində axtarış zamanı heroin, metadon və digər narkotik vasitələrin olduğu 94 bağlama, 16 min lari və mobil telefonlar müsadirə olunub.

İstintaqla həmin şəxslərin sistematik olaraq narkotik vasitələrin alışı, saxlanılması və satışı ilə məşğul olduqları müəyyən olunub. Cinayət Məcəlləsinə əsasən, bu qanunsuz əmələ görə 8 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub/Report.