XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 18:03

Akif Muradverdiyev yenə əfv olundu –PA-nın sabiq işlər müdiri azadlıqda!

akif-muradverdiyev

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Azadlığa buraxılanlar arasında eks-məmur, prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev də var.

Xatırladaq ki, Akif Muradverdiyev 2013-cü ilin iyun ayında yenidən tutulub. O, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib. Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.  

Strateq.az Moderator.az-a istinadən xəbər verir ki, Akif Muradverdiyev 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı.

Onu da qeyd edək ki, Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt – 2005-ci ilin oktyabrında da tutulmuşdu. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.