XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2016 - 11:29

Bakıda zəncirvari qəza- 7 nəfər xəsarət aldı, 6 avtomobil əzildi, işıq dirəyi aşdı

sərnişin avtobusu qəzaya düşüb

Bakının Səbail rayonunda zəncirvari yol qəzası baş verib.

Hadisə Xaqani küçəsində qeydə alınıb. Sürətlə hərəkətdə edən "BMW X6" markalı avtomobilin sürücüsünün idarəetməni itirdiyi bildirilir.

Nəticədə yol kənarında dayanan 6 avtomobil əzilib və işıq dirəyi aşıb. Qəza zamanı 7 nəfər xəsarət alıb. Onlardan üçü İran İslam Respublikasının vətəndaşlarıdır. Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan üçünün vəziyyətinin orta ağır olduğunu bildiriblər. Digərlərinin xəsarətləri isə nisbətən yüngül olub.

İlkin iddialara görə, hadisəni törədən "BMW X6" eyni markalı  başqa bir avtomobillə ötüşürmüş. Qəza da bu zaman baş verib. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb(APA).