XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Avqust 2020 - 22:00

Nazirlik:"100 məhkum cəzadan azad edilib, 211-nin cəzası azaldılıb"

Cinayət qanunvericiliyinə edilən dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1 000-dək məhkumun işləri öyrənilib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib.

211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib, 63 nəfərin əməli yeni maddələrə tövsif edilib/Report.