XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2020 - 22:41

Məhbuslarla görüş və sovqatların ötürülməsinə qadağa götürülüb –Azərbaycanda

Pandemiya ilə əlaqədar məhkumlarla görüş, həmçinin sovqat və banderolların ötürülməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub:

“Artıq müəssisələrin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılıb

Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib”, – məlumatda bildirilir/Report.