XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2020 - 20:20

İsmayıllıda qadın özünü asıb- Araşdırma aparılır

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Basqal kəndində qeydə alınıb.

Kənd sakini, 1947-ci il təvəllüdlü Səyyarə Bağırova yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun ağır xəstəliyi ilə əlaqədar bədənindəki ağrılara dözə bilmədiyi səbəbindən özünə qəsd etdiyi bildirilir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.