XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2020 - 12:58

Müsavatın qərargahından oğurluq edən keçmiş məhkum saxlanıldı –Açıqlama

Müsavat Patiyasının qərargahından 2 500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib. 

Strateq.az Bakı şəhər Baş Polis İdarəsinə istinadla xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb.

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.