XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2020 - 16:20

Balta ilə arvadını öldürən şəxs tutuldu –Sabirabadda

Sentyabrın 2-də saat 08 radələrində Sabirabad rayonu, Qardaşkənd kənd sakini 1979-cu il təvəllüdlü Təranə Məmmədovaya çoxsaylı balta zərbələri vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad Rayon Prokurorluğundan Strateq.az-a bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılan istintaqla zərərçəkmişin əri Eyvaz Məmmədovun birlikdə yaşadıqları evin yaxınlığında qısqanclıq zəmnində aralarında yaranan mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirməklə Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.