XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2020 - 10:53

Məhkəmə azərbaycanlını qətlə yetirən gürcü polisinə bəraət verib –Təfərrüat

2018-ci ilin iyulunda Gürcüstanın Poti şəhərində ödəmə terminalını qarət edən 22 yaşlı Nazim Quzanovu tabel silahı ilə ölümcül yaralayan polis əməkdaşı Çabuka Lemoncava bəraət alıb.

O, Zuqdidi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Müdafiə tərəfi məhkəmədə sübut edib ki, oğru atəşdən öncə Ç.Lemoncavaya hücum edərək onun başına küt alətlə xəsarət yetirib. Bundan sonra polis əməkdaşı özünümüdafiə məqsədilə silahdan istifadə etməyə məcbur olub.

Faktla bağlı cinayət işi ehtiyatsızlıqdan qətl, zorakılıq və yaxud silahın tətbiqi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə aparılırdı. Polis əməkdaşı barəsində həbs qərarı ötən ilin martında 45 min lari məbləğində girovla əvəz edilib.

Qeyd edək ki, N.Quzanov Rustavi şəhərində yaşayıb. O, əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və narkotik vasitədən istifadəyə görə bir neçə dəfə saxlanılıb/Report.