XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2020 - 15:04

Prokurorluq:"Bu il 27 şəxs cinayət başında yaxalanıb"

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, 2020-ci ilin I yarımili ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxsin cinayət başında yaxalanmasını təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.