XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2020 - 23:11

Xaçmazda gənc qadın intihar etdi

Xaçmazda intihar hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb.

Şəhər sakini 1998-ci il təvəllüdlü, Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.

Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.