Mətbuatda Azərbaycanın aparıcı dərman satışı şirkətlərindən biri olan “Riyad Farm” MMC-nin müflis olması barədə xəbərlər yayılıb. Şirkətin 2400-dən artıq əməkdaşının 3 aydır ki, əmək haqqı almadığı, “Riyad Farm”a məxsus apteklərin fəaliyyətinin dayandırıldığı bildirilir. Bununla belə, şirkətdə bu məsələ ilə bağlı açıqlama vermək istəmirlər.