XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 13:09

Sumqayıtda 27 yaşlı gəncqətlə yetirilib

Sumqayıtda 27 yaşlı gənc yaşadığı evin qarşısında öldürülüb.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 13-cü mikrorayon ev  6 ünvanında qeydə alınıb.

Həmin evin  8-ci mənzilində yaşayan, 1989-cu il təvəllüdlü Namiq Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti evin qarşısında aşkar edilib. Hadisəsinin kimin və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.