XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 11:23

Bayram günləri Azərbaycanda baş verənyol qəzalarının sayı açıqlandı

yol polisi

Bayram günləri Azərbaycan ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, martın 19-dan 25-dək ölkənin avtomobil yollarında 51 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 15 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

Qeydə alınmış yol qəzalarından 11-i piyadaların vurulması ilə bağlı olub ki, nəticədə, 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Bayram günlərində 62 min sürücünün yol hərəkəti qaydalarını pozması müəyyən edilib. Həmin qayda pozuntularından 40 minə yaxını sürət həddinin aşması ilə bağlıdır. K.Əliyev rayonlara gedən və rayonlardan qayıdan sürücüləri diqqətli olmağa, sürət həddini aşmamağa çağırıb. (APA)