XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 16:15

Daha bir sabiq icra başçısının həbs müddəti uzadıldı –Məhkəmə qərarı

Binəqədi rayon Məhkəməsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı, Gəncənin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən M. Mustafayevin həbs müddəti uzadılıb.

Qeyd edək ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Məharət Mustafayev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.

Onu da qeyd edək ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib/APA.