Rusiyada avtobus dayanacağında insanlara atəş açaraq 4 nəfəri öldürən şəxsin meyiti tapılıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə regional SUSK agentliyi məlumat yayıb.
Meyit hadisə baş verən ərazinin yaxınlığında aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir.
Xatırladaq ki, Rusiyanın Nijni Novqorod vilayətinin Bolşeorlovski qəsəbəsində naməlum şəxs avtobus dayanacağını atəşə tutması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Bu barədə Fövqəladə hallar xidmətindən bildirilib.
Qeyd edilib ki, daha 5 nəfər müxtəlif dərəcəli ağır yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin açıqlamasına görə, cinayətkar avtobus dayanacağına getməzdən əvvəl nənəsini öldürməyə çalışıb/APA.