XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 18:09

Ata-oğul yolqəzasında öldülər

Qusarda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rayon polis şöbəsindən Anspress-ə verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan ata ölüb, oğlu isə ağır vəziyyətdə xəstəxanaya çadırılıb.

Hadisə bu gün səhər saat 10 radələrində Qusar rayonunun Çiləgir kəndi ərazisində-Qusar-Ləzə yolunun 8 ci km-də qeydə alınıb.

26 yaşlı İlqar Mehdi oğlu Şahbazov idarə etdiyi 90 FM 895 dövlət nömrə nişanlı “Kia” markalı avtomobillə rayon mərkəzindən Kuzun kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun sağ hissəsinə çıxaraq ağaca çırpılıb.

Güclü zərbənin təsirindən çoxsaylı ağır bədən xəsarətləri alan sürücünün atası 52 yaşlı Mehdi Azad oğlu Şahbazov hadisə yerində keçinib. İlqar Şahbazov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib. 

Qusar Polis Şöbəsinin baş müstəntiqi Rafael Tağıyevin sözlərinə görə, hadisəyə yüksək sürət səbəb olub.