XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 18:17

FTX əməliyyat keçirdi:Şamil Basayevin dəstəsinin üzvləri saxlanıldı

1999-cu ildə Dağıstana təşkil olunmuş hücumun iştirakçılarından ikisi tutulub.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.

Saxlanılanlar Stavropol vilayətindən olan 1975-ci il təvəllüdlü Rəsul Maylubayev və 1977-ci il təvəllüdlü Zahir Yaqubovdur.

Onlar 1999-cu ildə Şamil Basayev və Əmir Xəttabın dəstəsi tərəfindən Dağıstanın Botlix rayonuna təşkil olunmuş hücumda iştirak ediblər.

Həmin hücum zamanı 280 nəfər həlak olub, 800 nəfər yaralanıb/APA.