XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2020 - 10:30

Qubada cinayət hadisəsi:ata qızını boğaraq öldürüb

Oktyabrın 31-də saat 21 radələrində Quba rayonu, Barlı kənd sakini 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon Prokurorluğundan Strateq.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhərrəm İmanquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. /APA