XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 11:17

Avstriya DİN rəhbəri:“Vyanada hücum zamanı öldürülən terrorçu İŞİD tərəfdarıdır”

Vyanada hücum zamanı öldürülən terrorçunun İŞİD tərəfdarı olduğu müəyyənləşib.

“RİA Novosti”nin verdiyi məlumata görə, Avstriyanın Daxili İşlər naziri Karl Nehammer bu gün səhər keçirdiyi mətbuat konfransında bildirib ki, öldürülən şəxsin üzərində partlayıcı və tüfəng aşkarlanıb.

Qeyd edək ki, noyabrın 2-də axşam bir qrup naməlum şəxs Avstriya paytaxtında altı yerdə hücumlar təşkil edib. Son məlumata görə, hücumlar nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hücum edənlərdən yalnız birini zərərsizləşdirmək mümkün olub, digərləri qaçıb. Hazırda onların axtarışı davam etdirilir. KİV hücumda 7 nəfərin iştirak etdiyini yazır.

Avstriya hakimiyyəti hadisənin terror aktı olduğunu elan edib, vətəndaşları imkan daxilində evdən çıxmamağa çağırıb.

Milli Şuranın və parlamentin iclasları ləğv edilib, məktəblərdə dərslər dayandırılıb/APA.