XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 11:02

Marneulidə azərbaycanlı ana və oğlu qətlə yetirilib- Qisas zəminində

Marneulinin Axlolalo kəndində öldürülən azərbaycanlı ana və 22 yaşlı oğlunun qisas zəminində qətlə yetirildiyi məlum olub.

Bu barədə APA-nın yerli bürosuna kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, Axlolalo kənd sakini M.Ə öz əmisinin həyat yoldaşını və 22 yaşlı əmisi oğlunu odlu silahdan atəş açaraq qətlə yetirib.

******

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Axlolalo (Axıllı) kəndində iki nəfər qətlə yetirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, öldürülən şəxslərin ana və 22 yaşlı oğlu olduğu bildirilir.

Onların odlu silahdan açılan atəşlə qətlə yetirildiyi deyilir.

Polis faktla bağlı araşdırmalara başlayıb.