XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 17:29

Dövlət Komissiyası:"Son 9 ayda narkotiklərlə bağlı 3105 nəfər cinayət məsuliyyətinə cəlb olunub"

Bu ilin 9 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cinayət məsuliyyətinə 3105 (+487) nəfər cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından daimi fəaliyyət göstərən İşçi Qrupundan verilən məlumata görə. onlardan 16-18 yaşadək 4 (- 4) nəfər, 18-25 yaşadək 251 (+42) nəfər, 26-29 yaşadək 526 (+129) nəfər, 30 yaş və ondan yuxarı isə 2308 (+322) nəfər təşkil edir.

Məsuliyyətə cəlb olunanlardan 16-sı (+8) əvvəllər xüsusi qeydiyatda olan, 891-i (+219) əvvəllər cinayət törətmişlər, 2135-i (+308) işləməyən, 3045-i (+514) kişilər, 60-ı (-9) qadınlar, 61-i  (-10) isə xarici ölkə vətəndaşı olub/APA.