XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 22:03

Nardaranda əməliyyat –Cinayətkar dəstə tutuldu


Nardaranda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Musavat.com bildirir ki, tutulanlar arasında ata və oğul da var.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar massivində Bakı şəhər sakini Namiq Fərəcullayevə məxsus evdən 40 metr elektrik naqili, 1 ədəd elektrik cihazı və geyim əşyaları oğurlayan paytaxt sakinləri – Qəhrəman Quliyev, onun oğlu Əmrah, Hüseyn Əsədov və əvvəllər məhkum olunmuş Zahid Cəbrayılov tutularaq istintaqa təqdim ediliblər.

Aparılan araşdırmalar zamanı dəstə üzvlərinin Nardaran qəsəbəsində daha 2 mənzildən elektrik kabeli, habelə martın 22-nə keçən gecə fərdi yaşayış evindən 120 metr elektrik naqili oğurlamaları da müəyyən edilib. Ümumilikdə saxlanılan şəxslərin qəsəbə ərazisində yeni tikilməkdə olan 15-ə yaxın həyət evindən oğurluq etdikləri məlum olub. 

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.