XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 10:48

18 yaşlı gənc özünü güllələdi –Azərbaycanda (VİDEO)

silah

Lerikdə 18 yaşlı gənc özünü güllələyib.

Hadisə rayonun Livədirqə kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib.

Nəticədə Elcan Zahidov yaralanıb. O, sağ çiyin qurşağının dəlib-keçən güllə yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin həyata keçirdikləri müvafiq tibbi tədbirlərdən sonra Elcan Zahidovun vəziyyəti stabilləşib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

APA