XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 16:02

Bu il ölkədə sürücülərə qaydaları pozduqlarına görə 93,2 milyon manat cərimə yazılıb- Statikstika Komitəsi

2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2846,5 min olub.

Bu barədə APA-ya Dövlət Statikstika Komitəsindən məlumat verilib.

Bildirilib ki, xətaların 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.